Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib
Bizi izləyin

Rəsmi xronika

Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzlayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm