İlham Əliyev Meksikanın yeni prezidentini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Meksikanın yeni prezidentini təbrik etdi

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Andres Manuel Lopes Obrador, Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm