Dövlət Gömrük Komitəsinin sədr müavinləri dəyişdirildi - SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Dövlət Gömrük Komitəsinin sədr müavinləri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

DGK-dan Publika.az-a verilən məlumata görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Qeyd edək ki, bundan öncə İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Bundan başqa, komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov təyin olunub. Bundan öncə o, Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini vəzifəsində çalışıb.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm