İlham Əliyev: "Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyinn əsas şərtidir"
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: "Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyinn əsas şərtidir"

“Müstəqillik illərində bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var. Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyinn əsas şərtidir”.

Bunu prezident İlham Əliyevhüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib.

Dövlət başçısı deyib ki, xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər: “Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm