• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

Prezident Ümumdünya Meteorologiya Təşkilatı ilə imzalanan Memorandumu təsdiqlədi

Prezident Ümumdünya Meteorologiya Təşkilatı ilə imzalanan Memorandumu təsdiqlədi

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərmanı imzalayıb.

Publika.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında 2018-ci il aprelin 24-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Meteorologiya Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR