“Yanar dağ” yenidən qurulacaq - SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

“Yanar dağ” yenidən qurulacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az bildirir ki, sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm