Prezident İlham Əliyev Enzo Moavero Milanesini "Dostluq" ordeni ilə təltif etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Enzo Moavero Milanesini "Dostluq" ordeni ilə təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Enzo Moavero Milanesinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi "Dostluq" ordeni ilə təltif edilsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm