Prezident İsveçrə və Beninin dövlət başçılarını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İsveçrə və Beninin dövlət başçılarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Benin Respublikasının Prezidenti Patris Talona da təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm