Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm