Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxdı - - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxdı - - FOTO (YENİLƏNDİ)

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri sentyabrın 22-də Milli Gimnastika arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın üçüncü günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov yarımfinala qədər addımlaya bilib. İraqlı Sajjad Sehenlə qarşılaşan və onu ipponla məğlub edərək 1/16 finala vəsiqə qazanan idmançımız bu mərhələdə Monako idmançısı Sedrik Bessinə yenə də ipponla qalib gəlib. Növbəti mərhələdə tacikistanlı Bəhruzi Xocazodaya qalib gələn cüdoçumuz çempionatın 1/4 finalına vəsiqə qazanıb. Bu mərhələdə də rəqibindən üstün olan Hidayət Heydərov Monqolustan idmançısı Odbayar Qanbaatarı məğlub edib. Bununla da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısı Hidayət Heydərov olub. O, bu mərhələdə Yaponiya idmançısı Haşimito Soiçi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 21 yaşlı idmançımız məğlub olsa da, üçüncü yer uğrunda mübarizədə Hidayət Heydərov monqolustanlı rəqibi Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib. Beləliklə, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Hidayət Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

***

Sentyabrın 22-də Azərbaycan idmançısı Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri qarşılaşmaya baxıblar.

Bu, Azərbaycan cüdoçularının Bakıda keçirilən dünya çempionatında qazandıqları ilk medaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm