Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqləndi
Bizi izləyin

Rəsmi xronika

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm