Rəsmi xronika
Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO
Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib.
Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: “Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”.
Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.
“Müslüm Maqomayev unikal səsə sahib idi. Onun xatirəsi daim yaşayacaq. Şadam ki, mən bu gün bu mahnını sizin üçün ifa etdim”, - deyə Emin qeyd edib.
Bakılı tamaşaçılar Xalq artistinin konsertini sürəkli alqışlarla qarşılayıblar.
Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: “Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi