Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı
Bizi izləyin

Rəsmi xronika

Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev fevralın 8-də “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm