Rəsmi xronika
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan
Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri
nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının
qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin
təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1460-VQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Sərhəddə
fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri
Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi
haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət
əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli
1460-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO