Prezident: Çoxmənzilli binaların sənədləşməsi məsələsi həll olunmuş hesab edilməlidir
Bizi izləyin

Rəsmi xronika

Prezident: Çoxmənzilli binaların sənədləşməsi məsələsi həll olunmuş hesab edilməlidir

Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi:

“Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər”.

İlham Əliyev bildirib ki, dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır: “O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm