Prezident bolqarıstanlı həmkarını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Bolqarıstan əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm