İlham Əliyevdən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: Ermənistan cəhd edir ki...
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyevdən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: Ermənistan cəhd edir ki...

Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhd etməsi qəbuledilməzdir.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm