Rəsmi xronika
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.
Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmışdır. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik