• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Bu şəxslərin maaşı ikiqat qaldırıldı - SƏRƏNCAM

Bu şəxslərin maaşı ikiqat qaldırıldı - SƏRƏNCAM

Azərbaycan Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR