• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər

Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

Azərbaycan Respublikası ilə dövlətlərarası münasibətlər Tacikistan Respublikasının xarici siyasi fəaliyyətində mühüm yer tutur.

Biz ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən və dərinləşən çoxşaxəli qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiririk.

Əmin olduğumu bildirirəm ki, tərəflərin ali səviyyədə son danışıqları və görüşləri çərçivəsində əldə edilmiş razılaşmaların ardıcıl olaraq birlikdə reallaşdırılması əməkdaşlığın bütün sahələrində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzularımı bildirmək istəyirəm”.

***

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daimi artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz Sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirəm.

Dost Azərbaycana inkişaf və rifah, onun xalqına xoşbəxtlik arzulayıram".

***

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh Prezident İlham Əliyevi təbrik edib.

Təbrik mətnində deyilir:

"Zati-aliləri.

Qardaş ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Əlcəzair dövləti, hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Mən Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə bundan sonra da sülh, sabitlik, tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirəm.

Cari ildə bu əlamətdar günün qeyd olunması həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bu münasibətlər ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin, eləcə də hər iki ölkə üçün maraq doğuran məsələlərlə bağlı həm beynəlxalq, həm də regional forumlarda səmərəli əməkdaşlığın inkişafına təkan vermiş və xalqlarımız arasındakı tarixi münasibətlər daha da möhkəmlənmişdir.

Mən bu xoş fürsətdən istifadə edərək Əlcəzair və Azərbaycan dövlətləri arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, eləcə də bu münasibətləri qardaş xalqlarımızın ortaq maraqları naminə ən yüksək səviyyələrə qaldırmaq istiqamətində birgə səylərimizi davam etdirməyi qətiyyətlə dəstəklədiyimi bildirirəm.

Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı bildirim".

***

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm", - təbrikdə qeyd edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR