Rəsmi xronika
Prezident: Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır
Artıq ənənə halı alan iftar mərasimləri dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrilib.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.
“Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”, - deyən dövlətimizin başçısı onların şəxsi dostluğunun, xalq və Vətən qarşısında gördükləri işlərin bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratdığını vurğuladı. Bildirdi ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”, - deyən Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə etdi, Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Dövlətimizin başçısı müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırdı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini vurğuladı.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ