Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir

Keniya Prezidenti Uhuru Kenyattadan:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi, Azərbaycan xalqını Keniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu əlamətdar gündə ölkələrimiz arasında mövcud olan xoş və səmimi münasibətləri qeyd etmək istərdim. İkitərəfli münasibətlərin inkişafına, xüsusilə təhsil, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş səyləri yüksək qiymətləndirirəm.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimiz arasında daha yaxın birgə fəaliyyətin həyata keçirilməsini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, bolluq, sülh və firavanlıq, Sizin gözəl diyarınıza isə daha böyük iqtisadi tərəqqi, yaxşı ənənələrin qorunub saxlanılmasını və zənginləşdirilməsini, mədəni-mənəvi inkişaf arzu edirəm.

Azərbaycan Respublikasının rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə uğurlar diləyirəm".

***

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanidən:

"Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına davamlı tərəqqi və rifah, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da inkişaf etməsini arzulayıram".

***

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan hər il mayın 28-də öz tarixində ən parlaq və əlamətdar günlərdən birini – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününü qeyd edir.

Ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir. Sizin müdrik siyasətiniz, uzaqgörənliyiniz və geniş təfəkkürünüz sayəsində bu gün Azərbaycan Respublikası dünya arenasında nüfuzu ilbəil artan, dinamik inkişaf edən dövlətdir.

Bu bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edirəm".

***

İndoneziya Respublikasının Prezidenti Coko Vidododan:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibəti ilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Əminəm ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız gələcək illərdə birgə səylərimizlə daha da güclənəcək, xalqlarımıza fayda gətirəcəkdir.

Sizə və Azərbaycan xalqına xoşbəxtlik arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə vurğulamaq istərdim ki, Gürcüstan Azərbaycan Respublikası ilə dost münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq xalqlarımızın rifahı naminə gələcəkdə daha da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Gürcüstanın Müstəqilliyi Günü münasibətilə göndərdiyiniz təbrikə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Zati-aliləri, bir daha Sizə ən dərin ehtiramımı ifadə edir və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".

***

20:25

Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. Bu bayramın Sizə, ölkənizə və xalqınıza daha çox tərəqqi, rifah bəxş etməsini diləyirəm. Ölkələrimizi və xalqlarımızı birləşdirən güclü həmrəylik və qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlıq yollarını gücləndirmək hər zaman bizim diqqət mərkəzimizdə olacaqdır.

Xahiş edirəm, ən xoş təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm".

***

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibəti ilə Sizi və Azərbaycan xalqını öz adımdan və Polşa xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır. Polşa ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi əlaqələrin daha da intensivləşəcəyinə ümid edirəm. Bizim əlaqələrimiz böyük potensiala malikdir. Ümidvaram ki, bu potensial gələcəkdə daha da inkişaf edəcək və reallaşacaqdır.

Möhtərəm cənab Prezident, ölkənizə və bütün Azərbaycan vətəndaşlarına uğur, sülh və hərtərəfli inkişaf arzu edirəm".

***

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə öz adımdan və Latviya xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri gələcək illərdə inkişaf edəcək, xalqlarımıza rifah və xoşbəxtlik gətirəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm