İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir

İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir.

Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində polşalı həmkarı Andjey Dudanın da iştirak etdiyi Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır: "Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti nəticəsində bu sahəyə də diqqət göstəriləcək.

Biz bu gün kənd təsərrüfatı sahəsində artıq nəticə hasil etmişik və saziş imzalanmışdır. Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bizim ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bu sahədə sürətli əməkdaşlıq aparmaq üçün yaxşı imkanlara malikik.

Son illərdə Azərbaycanda turizmin inkişafı geniş vüsət alıb. Polşa vətəndaşları sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, qarşılıqlı təqdimatlar keçirilməlidir. Yəni, insanlarımız bir-birilərini daha yaxından tanımalıdır ki, turizm daha da sürətlə inkişaf etsin və qarşılıqlı səfərlər həyata keçirilsin.

Beləliklə, yüksək səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində də yaxşı nəticələr olsun. Hazırda aramızdakı ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələri daha fəal olmalıdırlar, biz isə öz tərəfimizdən onlara hər zaman dəstək veririk. Prezident cənab Andjey Duda ilə bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin növbəti təzahürüdür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm