Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırıldı
Bizi izləyin

Rəsmi xronika

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm