Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırıldı
Bizi izləyin

Rəsmi xronika

Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm