Rəsmi xronika
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd etdi və bu tədbirin önəmini vurğuladı. Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd etdi.
Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib