Prezident Sooronbay Jeenbekovu təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident Sooronbay Jeenbekovu təbrik etdi

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm