Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Əlimərdanov Hafiz Mütəllim oğlu

Həsənov Arif Həsən oğlu

İbrahimov Hikmət Camal oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmar Şahmar oğlu.

***

Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyeva Leylufər İmran qızı

Hacıyev Arif Şahmalı oğlu

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Səidova Adilə Atakişi qızı

Süleymanov Samir Süleyman oğlu.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Abbasov Vaqif Məhərrəm oğlu

Məmmədyarov Məhərrəm Əli oğlu

Rüstəmov Musa İsmayıl oğlu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm