İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - FOTO - (YENİLƏNDİ)

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.

İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.

x x x

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.

x x x

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.

***

14:40

Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm