Rəsmi xronika
İlham Əliyev Ənvər Qarqaşla görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bunlara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırdı. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd etdi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik olduğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu dedi.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI