Rəsmi xronika
Prezident Böyük Britaniyanın ticarət elçisini qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Böyük Britaniya arşında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin genişlənməsində Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu qeyd etdi.
Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Baronessa Emma Nikolson iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini bildirdi. O, Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdiyini, Muğam Mərkəzində olduğunu və bu Mərkəzin onda böyük təəssürat yaratdığını dedi.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı, səhiyyə, elm, təhsil, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı