Prezident Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI
Bizi izləyin

Rəsmi xronika

Prezident Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Abdullayev Kyazım Ənvər oğlu

Nurzadə Əli Qayıb oğlu

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu

Babayeva Əminə Ağahüseyn qızı

Bəxtiyarov Rəşad Bəhram oğlu

Qarayev Elnar Cəfər oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Cəfərova Bəsti Əli qızı

Əsədova Məleykə Əlifağa qızı

Mustafayeva Laləzar Bəşir qızı

Novruz Ramiz Qəvvam oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Dadaşov Rafael Məlik oğlu

Quliyev Nurəddin Əzulla oğlu

Məlik Ramiz Ağarza oğlu

“Tərəqqi” medalı ilə

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Atakişiyeva Mətanət Ağazair qızı

Əliyeva Münəvvər Sabir qızı

Həsənov Rafael Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Quliyev Elxan Əli Bala oğlu

Məmmədov Elnur Mehrəli oğlu

Məmmədov Hacıbaba İsmayıl oğlu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm