Rəsmi xronika
Mehriban Əliyeva Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü - FOTO (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olundu. Vurğulandı ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır.
Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.
Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək, bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.
***
17:50
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 30-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO