İlham Əliyev sərəncam imzaladı
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbərinə görə sərəncamda qüeyd edilir ki, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Əliyev Ağasəf Dünyamalı oğlu

Qurbanov Rəhman Əlisgəndər oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Prezidentin digər sərəncamı ilə Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Bağış Ağaqulu oğlu

Əliyev Yaşar Aşır oğlu

Məhərrəmov Yaşar Üzeyir oğlu

“Tərəqqi” medalı ilə

Abdullayev Ənvər Əmiraslan oğlu

Budaqov Ələddin Məhəmməd oğlu

Əmrəliyev Rafiq Mehi oğlu

Əskərov Əskər Əkbər oğlu

İsmayılov Rəhimulla Dadaş oğlu

Mustafayev İzzət Mehti oğlu

Tağıyev Mərdan Mirzə oğlu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm