İlham Əliyev: Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

"Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi".

Publika.az xəbər verir ki, bui fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı deyib.

"Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır", - dövlət başçısı əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm