Prezident BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik etdi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm