Prezident Məhəmməd Hadinin 140 illiyi ilə bağlı SƏRƏNCAM İMZALADI
Bizi izləyin

Rəsmi xronika

Prezident Məhəmməd Hadinin 140 illiyi ilə bağlı SƏRƏNCAM İMZALADI

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

Publika.az xəbər verir ki, prezident İlham Əliyev böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm