İlham Əliyev Qırğız parlamentinin sədrini qəbul etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Qırğız parlamentinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib.

Joqorku Keneşin sədri Dastanbek Cumabekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə bu ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün uğurla keçirildiyi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da bu toplantıda iştirak etdiyi və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Bu görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirildi. Azərbaycanın TÜRKPA-nın IX plenar iclasına uğurla ev sahibliyi edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı xalqlarımızın ortaq köklərə və mədəniyyətə malik olduğu qeyd edildi, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində də əməkdaşlığın önəmi bildirildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Bakı və Bişkek şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm