Dünya liderləri Prezident İlham Əliyevi təbrik edir - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edir - (YENİLƏNİR)

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən çox məmnunam.

Sizin hərtərəfli düşünülmüş müdrik daxili və xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada rolu və nüfuzu möhkəmlənir, iqtisadiyyatın bütün prioritet sahələrində əsas göstəricilər, o cümlədən əhalinin həyat səviyyəsi artır.

Sizin Özbəkistana və özbək xalqına xüsusi münasibətiniz, həmçinin bizim sıx qardaşlıq əlaqələrimiz sayəsində bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı, çoxtərəfli və uzunmüddətli əməkdaşlıq sabit inkişaf edir.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, cari ildə bizim aramızda baş tutmuş bir sıra açıq və səmərəli görüşlər, o cümlədən oktyabr ayında Bakıda çox məhsuldar danışıqlarımız Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük təkan verib.

Əminəm ki, bizim yüksək səviyyədə əlaqələrimiz nəticəsində strateji tərəfdaşlığımız yaxın gələcəkdə qarşılıqlı etimad və hörmət ruhunda yeni məzmun və məna ilə zənginləşəcək, dövlətlərimizin potensialına və imkanlarına uyğun olaraq daha yüksək səviyyəyə çatacaqdır.

Əziz İlham Heydər oğlu, icazə verin, Sizi həyatınızdakı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edim, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyim".

***

Ukraynanın Prezidenti Vladimir Zelenskidən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu yaxınlarda qonaqpərvər Bakıya səfərim zamanı mən ölkənizin inkişafı, xalqınızın həyat səviyyəsinin yüksəlməsi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə şəxsən Sizin nə qədər çox səy göstərdiyinizin şahidi oldum.

Ukrayna və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gələcək inkişafına qarşılıqlı maraqların, eləcə də səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu təsdiq etmiş danışıqlarımızın dostluq ab-havasını məmnunluqla xatırlayıram.

İnanıram ki, danışıqlar zamanı əldə etdiyimiz nəticələrin uğurla həyata keçirilməsi münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təsir edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizin üçün münasib vaxtda, Zati-alinizi Ukraynaya rəsmi səfərə dəvət etmək istərdim.

Əminəm ki, Sizin Ukraynaya gələcək səfəriniz Ukrayna-Azərbaycan tərəfdaşlığında əldə etdiyimiz yeni nailiyyətlərin möhkəmlənməsinə imkan yaradacaq.

Zati-aliləri, Sizə tükənməz enerji, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm".

***

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığımızın bundan sonar da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

***

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahının və ölkənin nüfuzunun artmasına yönəlmiş ciddi daxili və xarici siyasət həyata keçirirsiniz.

Qazaxıstan əsrlər boyu davam edən sarsılmaz dostluğa və mehriban qonşuluğa qətiyyətlə sadiq qalaraq, ortaq tarix, mədəniyyət, dil və din oxşarlığı ilə bağlı olduğumuz Azərbaycanla bütün səviyyələrdə strateji tərəfdaşlığın gələcəkdə daha da dərinləşməsində maraqlıdır.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

***

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Cənab Prezident, Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm".

***

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizi əmin etmək istəyirəm ki, ölkələrimiz arasındakı səmərəli əlaqələr, fəal siyasi dialoq və xalqlarımızın dostluq münasibətləri gələcəkdə də inkişaf edəcək və dərinləşəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da xalqlarımızın rifahının yaxşılaşmasına böyük töhfə verəcək.

2019-cu il oktyabrın 14-də Bakıda görüşümüzü səmimiyyətlə xatırlayıram və Sizin Qırğız Respublikasına səfərinizi gözləyirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

***

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

***

Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq".

xxx

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm".

xxx

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm