Sergey Narışkin İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Sergey Narışkin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni uğurlar, möhkəm cansağlığı, yaradıcılıq ruhu, xoşbəxtlik, firavanlıq, əziz və yaxın insanların səmimi diqqətini və sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm