• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Mehriban Əliyeva Papa Cəngavər Ordeninə layiq görüldü - FOTO

Mehriban Əliyeva Papa Cəngavər Ordeninə layiq görüldü - FOTO

Fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR