Rəsmi xronika
“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”nin 5-ci hissəsinin birinci bəndinə “haqqında” sözündən sonra “bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada” sözləri əlavə edilb və həmin hissənin ikinci bəndi ləğv edilib.
Fərmanla “20 Yanvar şəhidi” fəxri adının vəsiqəsi (bundan sonra – vəsiqə) 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə qırmızı rəngdədir, vəsiqənin cildinin üst tərəfində ortada qızılı rənglə “20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ” sözləri yazılmışdır.
Vəsiqənin içliyinin birinci səhifəsində yuxarıda ortada Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilir, onun altında “20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ”, həmin sözlərin altında “№___” işarəsi, onun da altında “Azərbaycan Respublikası Prezidentinin ___il “____” _____tarixli _____nömrəli _____________ ilə” sözləri yazılır.
Vəsiqənin içliyinin ikinci səhifəsində birinci sətrin altında ortada “soyadı”, ikinci sətrin altında ortada “adı”, üçüncü sətrin altında ortada “atasının adı” sözləri, onun altında sol tərəfdən başlayaraq “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.” cümləsi, həmin cümlənin altında isə “Azərbaycan Respublikasının Prezidenti” sözləri yazılır.
“20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin eskizi
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi