Biz sadə vətəndaşlar daim Sizinləyik - Prezidentə təşəkkür məktubu
Bizi izləyin

Rəsmi xronika

Biz sadə vətəndaşlar daim Sizinləyik - Prezidentə təşəkkür məktubu

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə tədbirlər davam etdirilir.

Bununla bağlı atdığı qətiyyətli addımlara, xalqımızın sağlamlığının qorunması və eyni zamanda, rifahının yaxşılaşdırılması üçün verdiyi mühüm qərarlara görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Publika.az Prezidentin saytına istinadla daha bir məktubu təqdim edir.

Laçın rayonundan məcburi köçkün, Ağcabədi rayonunun sakini Məhərrəm Dünyamalıyevin təşəkkür məktubunda deyilir:

"Əziz Prezidentimiz.

Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır.

Cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, bizə - məcburi köçkünlərə qayğınızı davam etdirməyiniz, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə bizə evlərin təqdim edilməsi mənzil-məişət şəraitimizi yaxşılaşdırmaqla bizi ürəkdən sevindirir. Bizə göstərdiyiniz bu davamlı qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm