Macarıstan Prezidenti İlham Əliyevə məktub yolladı
Bizi izləyin

Rəsmi xronika

Macarıstan Prezidenti İlham Əliyevə məktub yolladı

Macarıstanın Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm