Rəsmi xronika
Prezident Tahirə Allahyarovaya VƏZİFƏ VERDİ
Prezident İlham Əliyevin Sərəncamı ilə professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib.
Axar.az xəbər verir ki, Tahirə Allahyarova buna qədər Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, Tahirə Allahyarova 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş, 1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.
O, "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.
Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunub.
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia