Rəsmi xronika
İlham Əliyev İsmayıllıda açılışlar etdi - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib:
-Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik.
Prezident İlham Əliyev: Kəndin içindədir?
Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı var. Burada 200-dən çox insan işləyir.
Prezident İlham Əliyev: Konfet istehsal edirlər?
Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.
Prezident İlham Əliyev: Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?
Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.
Prezident İlham Əliyev: Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.
Nahid Bağırov: Qara torpaqları var.
Prezident İlham Əliyev: Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs orta məhsuldarlıq nə qədərdir?
Nahid Bağırov: Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.
Prezident İlham Əliyev: Yaxşıdır. Bəs digər işlər necədir?
Nahid Bağırov: Cənab Prezident, bundan başqa, “Coca-Cola” və “Efes” zavodları ilə danışıqlar aparırıq. Artıq gəliblər, geoloqlarımız araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.
Prezident İlham Əliyev: Zavodun tikintisinə investisiya qoyacaqlar?
Nahid Bağırov: Bəli. “Coca-Cola” və “Efes” zavodları. Onlar bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yeni dayanacaqdır?
Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.
Prezident İlham Əliyev: Gözəldir.
Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?
Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.
Prezident İlham Əliyev: Texnoparkda?
Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.
Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.
Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.
Prezident İlham Əliyev: Çox yaxşı.
Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Dövlət başçısı ulu öndərin abidəsi önünə gül dəstəsi qoyub.
xxx
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.
Bildirilib ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxataranlar fəal məşğulluq proqramlarına da cəlb olunurlar.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
Qeyd olunub ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
xxx
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
xxx
İyulun 29-da İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, 3,8 milyon investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.
Sonra dövlət başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olunub.
Bildirilib ki, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verilib.
xxx
İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.
xxx
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.
xxx
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var