Azərbaycan Livana 1 milyon dollar yardım edəcək
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Livana 1 milyon dollar yardım edəcək

Azərbaycanın Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, qərarda 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayışın çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olduğu bildirilir.

Qərarda deyilir ki, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm