İlham Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib

Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi.

Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm