"Düşmən ölkənin rəhbərliyi yalvarır" - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

"Düşmən ölkənin rəhbərliyi yalvarır" - İlham Əliyev

"Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yegənə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik", - Prezident deyib.

"Dəfələrlə bunu demişik ki, öz xoşunuzla çıxın, bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa peşman olacaqsız. Hesab edirsiz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq. Dəfələrlə demişəm. Amma bizim torpaqlarımıza oturub, bizim müqəddəs torpağımızı zəhərləyib, sonra da bizə qarşı iddia qaldırasan. Görün, qudurğanlığın dərəcəsinə baxın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm