“Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir” - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

“Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir” - İlham Əliyev

“Düşmən öz xalqına nağıl danışır ki, guya hücuma keçiblər, guya bizim ordumuza zərbə vururlar”.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

O qeyd edib ki, Azərbaycanın əsgər və zabiti yüksək psixoloji ruh göstərir:

"Çünki biz öz torpaqlarımızı azad edirik. Döyüş gedən torpaqlar ermənilərin deyil. Ona görə də onlar torpaqları qoyub qaçırlar. Bu gün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanılr.

Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir. Biz onların qənimətindən istifadə edirik. Budur Azərbaycanın üstünlüyü”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm